Satılır 2 otaqlı köhnə tikili 66 m²
Sumqayıt şəhərinin mərkəzində, 3-cü məhəllədə, yol kənarında yerləşən Stalin layihəli 2 otaqlı mənzil satışa təqdim olunur. Mənzil 5 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşir və ümumi sahəsi 66(56+10kv artırma) kv.m təşkil edir. Orta mənzildir, otaqların yerləşməsi rahat və əlverişlidir. Mənzil yelçən(skvaznoy) mənzildir. S/Q girişləri ayrıdır. Şəhərin mərkəzi hissəsində yerləşməsi sayəsində gündəlik tələbat üçün lazım olan bütün infrastruktura yaxın məsafədədir. Mənzilin qeydiyyatında heç kim yoxdur, heç bir borcu yoxdur. Ətrafında məktəb, uşaq bağçası, marketlər, apteklər, dayanacaq və digər zəruri obyektlər mövcuddur. Yol kənarında yerləşməsi nəqliyyat baxımından da əlverişlidir. Həm şəxsi yaşayış, həm də gəlir gətirən investisiya üçün əlverişli təklifdir